среда, 31 января 2018 г.

2017-ci ilin sevilən məhsulları!


Nəhayət ki yanvar ayı bitmədən 2017-ci ilin favoritləri haqqında post hazırlaya bildim. Bu postda əsasən 2017-ci ildə tanış olduğum və sevərək istifadə etdiyim məhsullardan danışacam.

1. Skin Ceuticals Sunscreen   
Bütün  yay boyu demək olar hər gün istifadə etdiyim məhsul oldu. Mən günəş kreminə qışda da önəm verirəm, əgər dekorativ kosmetikam da əlavə spf yoxdursa mütləq günəş kremi istifadə edirəm. Gün işıqlarından qoruyan kremlərlə isə hər zaman problem yaşamışam. Ona görə bunu sevməmin səbəbləri var... Ətraflı bu krem haqqında burdan oxuya bilərsiniz.

2. Rene Furteurer Lissea. Bu məhsuldan o qədər danışmışam ki məncə artıq çoxunuzun məlumatı var. Bu markanın şampunların o qədər bəyənməsəm də Bu məhsulunu çox sevirəm.Bunu istifadə etməyə başladığım gündən saçlarım daha saqlam, daha parlaq görünür və daha az qırılır. Doqurdan da  yaxşı qoruyur saçı. Düzdür bunda mənim vaxtı vaxtında saçlarımı kəstirməmində böyük rolu var. İki aydan bir mütləq uclarından aldırıram artıq iki ildir ki bunu edirəm, doğurdan da fərq böyükdür.

3. The Face shop Cleansing oil. Makyaj təmizləmə yağı. Makyajı dərindən təmizləyən, və bu processi çox rahatlaşdıran bir məhsuldur. Əlbətdəki 2017-ci ilin də ən favori məhsullarından oldu.

4.Clarains Gentle Exfoliating Cleanser. Bitirdikcə aldığım məhsulardandır. Bu il isə daha intensiv istifadə etdiyim məhsul oldu. Həftədə 3 dəfə makyajı üzümdən çıxartıqdan sonra bununla üzümü yuyuram. Çox yaxşı təmizləyir və arındırır.

5.Dior Rouge Dior Liquid.  Yenə bir mat dodaq boyası... Mat dodaq boyalarını çox sevirəm, duru olanları isə daha çox.  Həm rəngi həm teksturası çox yaxşıdır. Əslində rənginə görə aldığım məhsul idi, soyuq aylar yaxınlaşdıqca belə rəngləri çox sevirəm. Və Sentyabrdan  bu yana sevərək istifadə edirəm. Dodaqları  qətiyyən qurutmur, qalıçılığı da çox yüksəkdir. Məndə olan rəngi 614 Jungle Matte.

6.Glamglow masks. Glamglow-un maskaları da çox sevdiyim məhsullar oldu. Hər biri haqda ayrı ayrı post yazmışam burdan burdan oxuya bilərsiniz.

7. Loccitane. Bu əl kremlərini nə qədər sevdiyimi artıq bilirsiniz. Keçən ildə sevərək istifadə etdiyim məhsullardan oldu. Evdə və çantamda hər zaman yanımdadır.

8. Inglot Brushes. İnglotun fırçalarını bəyənirəm. Bu ikilini isə keçdiyimiz il daha çox istifadə etdiklərimdir. Demək olar  Hər makyajım da istifadə etdiyim iki fırçadır. 6ss göz kölgəsini qarıştırmaq üçün çox əladır. 1ss isə pudra, bronzer, ənlik üçün idealdır.

9.Eco Tools brushes.  Eco tools makyaj fırçaları mənim üçün ilin tapıntısı oldu deyə bilərəm. Çox uyqun qiymətə və çox keyfiyyətli fırçalardır. Yumşaq və məhsulu çox yaxşı yayan fırçalardır.

10. Charlotte Tilburry Bronze&Glow palette. Dekorativ kosmetika da ən sevdiyim məhsullardan biri oldu bu il ərzində. Ən cox və sevərək istifadə etdiyim bronzer və highligter, ikisinin bir paletdə olmasına görə isə daha da praktikdir.

Vəə Bu qədər keçdiyimiz il ərsində sevərək istifadə etdiyim məhsulların bəzilərini sizlərlə paylaşdım. Ümüd üdirəm ki faydalacağınız post olacaq😊


İnstagram: bybeautezzaa


Комментариев нет:

Отправить комментарий