среда, 31 января 2018 г.

2017-ci ilin sevilən məhsulları!


Nəhayət ki yanvar ayı bitmədən 2017-ci ilin favoritləri haqqında post hazırlaya bildim. Bu postda əsasən 2017-ci ildə tanış olduğum və sevərək istifadə etdiyim məhsullardan danışacam.

1. Skin Ceuticals Sunscreen   
Bütün  yay boyu demək olar hər gün istifadə etdiyim məhsul oldu. Mən günəş kreminə qışda da önəm verirəm, əgər dekorativ kosmetikam da əlavə spf yoxdursa mütləq günəş kremi istifadə edirəm. Gün işıqlarından qoruyan kremlərlə isə hər zaman problem yaşamışam. Ona görə bunu sevməmin səbəbləri var... Ətraflı bu krem haqqında burdan oxuya bilərsiniz.

2. Rene Furteurer Lissea. Bu məhsuldan o qədər danışmışam ki məncə artıq çoxunuzun məlumatı var. Bu markanın şampunların o qədər bəyənməsəm də Bu məhsulunu çox sevirəm.Bunu istifadə etməyə başladığım gündən saçlarım daha saqlam, daha parlaq görünür və daha az qırılır. Doqurdan da  yaxşı qoruyur saçı. Düzdür bunda mənim vaxtı vaxtında saçlarımı kəstirməmində böyük rolu var. İki aydan bir mütləq uclarından aldırıram artıq iki ildir ki bunu edirəm, doğurdan da fərq böyükdür.

3. The Face shop Cleansing oil. Makyaj təmizləmə yağı. Makyajı dərindən təmizləyən, və bu processi çox rahatlaşdıran bir məhsuldur. Əlbətdəki 2017-ci ilin də ən favori məhsullarından oldu.

4.Clarains Gentle Exfoliating Cleanser. Bitirdikcə aldığım məhsulardandır. Bu il isə daha intensiv istifadə etdiyim məhsul oldu. Həftədə 3 dəfə makyajı üzümdən çıxartıqdan sonra bununla üzümü yuyuram. Çox yaxşı təmizləyir və arındırır.

5.Dior Rouge Dior Liquid.  Yenə bir mat dodaq boyası... Mat dodaq boyalarını çox sevirəm, duru olanları isə daha çox.  Həm rəngi həm teksturası çox yaxşıdır. Əslində rənginə görə aldığım məhsul idi, soyuq aylar yaxınlaşdıqca belə rəngləri çox sevirəm. Və Sentyabrdan  bu yana sevərək istifadə edirəm. Dodaqları  qətiyyən qurutmur, qalıçılığı da çox yüksəkdir. Məndə olan rəngi 614 Jungle Matte.

6.Glamglow masks. Glamglow-un maskaları da çox sevdiyim məhsullar oldu. Hər biri haqda ayrı ayrı post yazmışam burdan burdan oxuya bilərsiniz.

7. Loccitane. Bu əl kremlərini nə qədər sevdiyimi artıq bilirsiniz. Keçən ildə sevərək istifadə etdiyim məhsullardan oldu. Evdə və çantamda hər zaman yanımdadır.

8. Inglot Brushes. İnglotun fırçalarını bəyənirəm. Bu ikilini isə keçdiyimiz il daha çox istifadə etdiklərimdir. Demək olar  Hər makyajım da istifadə etdiyim iki fırçadır. 6ss göz kölgəsini qarıştırmaq üçün çox əladır. 1ss isə pudra, bronzer, ənlik üçün idealdır.

9.Eco Tools brushes.  Eco tools makyaj fırçaları mənim üçün ilin tapıntısı oldu deyə bilərəm. Çox uyqun qiymətə və çox keyfiyyətli fırçalardır. Yumşaq və məhsulu çox yaxşı yayan fırçalardır.

10. Charlotte Tilburry Bronze&Glow palette. Dekorativ kosmetika da ən sevdiyim məhsullardan biri oldu bu il ərzində. Ən cox və sevərək istifadə etdiyim bronzer və highligter, ikisinin bir paletdə olmasına görə isə daha da praktikdir.

Vəə Bu qədər keçdiyimiz il ərsində sevərək istifadə etdiyim məhsulların bəzilərini sizlərlə paylaşdım. Ümüd üdirəm ki faydalacağınız post olacaq😊


İnstagram: bybeautezzaa


понедельник, 8 января 2018 г.

Glamglow Supermud



Bu maska haqda fikirlərimi yazmağın vaxtı, artıq gəlib çatıb. Bütün yay istifadə etdiyim və çox  razı qaldığım Glamglow Youthmud bittiyi üçün yenisini almalıydım, eynisini almağı düşünərkən, son anda fikrimi dəyişib Glamglow Supermud maskasını aldım. Yaxşı ki son anda fikrimi dəyişib bunu almışam. Maskanı çox bəyənirəm. Əsasəndə bu aylarda tam lazım olan təmizliyi dərini yormadan verir. Maskanı həftədə 1-2 dəfə pilinq etdikdən sonra istifadə edirəm. Bütün üzə də çəkə bilərsiniz və ya lokal olaraq sızanaqların üstünə çəkə bilərsiniz. Mən bütün üzümə çəkirəm. Maskanı quruyana kimi üzümdə saxlayıram və sonra ilıq suyla yuyuram. Məsamələri çox yaxşı təmizləyir, sızanaqların qurumasına çox yaxşı təsir edir. Maskadan sonra dəri tamamilə təmizlənir, o təmizliyi hiss edə bilirsiniz. Məsamələrdə yığılan sebumu çox yaxşı təmizləyir. Qış aylarında mənim üçün ideal təmizləyici maska oldu. Youthmud kimi aqressiv pilinq tərkibli olmadığına görə soyuq aylarda daha uyqun olduğunu düşünürəm( çünkü soyuq aylarda dərim nisbətən quruyur) Baxmayaraq ki Youthmudu da çox bəyənirəm, üzü yaya mütləq təkrarlayacam. Maskadan sonra adətən nəmləndirici yuyulmayan gecə maskası edirəm ( maska haqqında başqa post olacaq) səhər ideal,yum yumşaq, parlaq, yüngülcə dartılmış və sağlam dəriylə oyanıram. Glamglow  maskaları, əsasəndə təmizləyici olanları çox yaxşıdır, əsasəndə yağlıya meyilli dərilər üçün. Bu maska da yağlı, qarışıq dərilərin çox xoşuna gələcək, hətta quru dərililərində bəyənə biləcəyi bir maska ola bilər, çünki digər təmizləyici maskalar kimi dərini qurutmur. Yoxlamaq lazımdır!😉

Уже настало время написать свои впечатления про маску Glamglow Supermud. Купила ее в начале осени, как уже закончилась моя любимая маска Glamglow Youthmud. Сперва хотела повторно купить ее, но учитывая что уже скоро зима, кожа уже не такая жирная, решила купить эту маску. И хорошо что купила именно эту маску. Обожаю ее. Маской пользуюсь в неделю 1-2 раза после скраба. Можно нанести на все лицо, так и использовать локально, только на высыпания. Я наношу на все лицо. Держу на лице до высыхания полностью, примерно 10 минут, потом умываюсь теплой водой. Идеально очищает поры, очень хорошо действует на высыпания. Лицо полностью очищается после этой маски.
Удаляет себум которое собирается в порах. Зимой это идеальная маска для очищения моей кожи. Не такая агрессивная  как Glamglow Youthmud (хотя я обожаю эту маску, все лето пользовалась этой маской с радостью, очень довольна, к лету обязательно повторно куплю. Но зимой меня это маска полностью удовлетворяет. После него обычно делаю увлажняющую несмываемую маску( про увлажняющую маску будет отдельный пост) Утром просыпаюсь идеальной кожей: мягкой, сияющей, подтянутой и здоровой . У Glamglow маски, особенно очищающие для жирной кожи. Это маска тоже отлично подойдет для жирной кожи. Думаю  подойдет и для сухой кожи, не сушит кожу так сильно как другие очищающие маски. Надо пробовать!😉 




Instagram Bybeautezza